Sosial media təqvimi-May ayı-2021

Rəqəmsal marketinq sahəsində çalışan insanlar hər ayın sonuna yaxın növbəti ay haqqında düşünürlər. Növbəti ay hansı günlər var ki, onları sosial media kampaniyalarında mütləq qeyd etməliyik. Əslində uzun müddət bu sahədə çalışanlar üçün düşünməyə ehtiyac qalmır, onlar bütün günləri artıq avtomatik olaraq yadda saxlaya biliblər, çünki yüzlərlə kampaniya hazırlayıb və ya kampaniyaya rəhbərlik ediblər.

 

Əgər siz də bu sahədə yenisinizsə, o zaman günləri avtomatik yadda saxlayaan qədər bu təqvimə ehtiyacınız olacaq ki, həm özünüz, həm də tərəfdaşlarınız üçün maraqlı, yaradıcı kampaniyalar hazırlaya biləsiniz.

 

Aprel ayının sona çatdığını nəzərə alaraq may ayı üçün ölkəmiz və dünya üçün əlamətdar günləri qeyd edirəm.

 

  • 04 may - Star Wars Day
  • 03 may - Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü
  • 03 may - Beynəlxalq Günəş Günü
  • 06 may - Dünya Şifrə Günü
  • 09 may - Faşizm üzərində Qələbə Günü
  • 13 may - Ramazan Bayramı
  • 14 may - Əczaçılıq Günü
  • 15 may - Beynəlxalq Ailə Günü
  • 18 may - Beynəlxalq Muzeylər Günü
  • 28 may - Respublika Günü
  • 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü