Seom

2 dəq., 21 san.

SMM nədir? "Smm-şik" kimdir?

  • 2020-07-21

Yəqin ki, son 3 ildə sosial şəbəkələrdə, saytlarda SMM sözünü, vakansiyalarda "SMM axtarırıq, SMM menecer vakansiyası" sözlərini çox görmüsünüz. Və ya hansısa tanışınızdan, qohumunuzdan hansı sahə üzrə işlədiyini soruşanda sizə "SMM" cavabını verib. 

Bəs nədir bu məşhur SMM?

Əvvəlcə bu abreviaturanın (sözlərin baş hərflərinin götürülərək yaradılmış söz) açılışını öyrənək.

Social Media Manager, yəni Sosial Media Meneceri sözlərinin baş hərflərindən yaranan bu abreviatura son zamanlar çox gördüyümüz sözə çevrilib.

Gəlin, ilk yazıda sözü hissələrə bölüb ümumi olaraq bu söz haqqında baza anlayışları əldə edək.

  1. Sosial media. Media deyəndə ilk olaraq ağlımıza televiziya, radio, qəzet, saytlar və bunun kimi digər vasitələr gəlir. Sosial media isə bu vasitələrin sosiallaşmış versiyasıdır. Əslində media onsuz da sosialdır. Çünki o oxucularla, dinləyicilərlə, izləyicilərlə birbaşa əlaqədədir. Amma indiki həyatımızda sosial media sadalanların daha çox auditoriyaya çatması üçün sosial şəbəkələrdən istifadə olunma formasıdır. Gəlin təsəvvür edək. Məncə, indi heç birimiz hansısa axtarış sistemində hansısa saytın adını yazaraq xəbərə baxmırıq. Facebook sosial şəbəkəsində xəbər lentimizi yeniləyirik, önümüzə hansısa saytların, televiiya və radioların xəbərləri çıxır və əgər bizə maraqlıdırsa, daxil olub oxuyuruq. Baxın bu medianın sosiallaşmış versiyasıdır. Sosial mediadır.
  2. Menecer. Menecer deyəndə mütləq ki, ağlımıza idarə edən bir şəxs gəlir. Bəli menecer şirkətin və s. bu kimi qurumların hansısa hissəsindən məsuliyyət daşıyan şəxsdir.

Bu hissələri birləşdirəndə Sosial Media Meneceri, yəni sosial mediada idarə edən şəxs anlayışı yaradılmış olur. Sosial media meneceri nə etməlidir, onun əsas məsuliyyətləri nələrdir, hazırda mövcud vakansiyalarda SMM-ə verilən tələblər nə qədər real və doğrudur?!

Bu haqda növbəti SMM kateqoriyalı yazımızda danışacağıq. 

İzləmədə qalın...

Bunlar da maraqlı ola bilər

Abunə olmağı unutmayın