SEO strategiya necə yaradılır? - Effektiv strategiya yaratmağın yolları-2021

Əvvəlki yazımızda SEO-nun sehirli gücündən danışdıq. Bu sehirdən istifadə etmək düşünüldüyü, yazıldığı kimi asan deyil, çünki bunun arxasında ciddi bir iş dayanır. Bu iş SEO strategiyasının qurulmasıdır. Yəqin siz də düşünürsünüz ki, heç bir işi strtaegiya olmadan başlamaq belə olmaz. Ona görə də SEO strategiyasının qurulmasından, mərhələlərindən danışaq.

 

İstəyirsən SERP 1, yaz özündə yaxşı bir strategiya…

SEO strategiyası bir prosesdir. Bu proses sizə SERP-də (Search Engine Result Page- Axtarış zamanı qarşınıza çıxan səhifə) ilk səhifələrdə olmağa, orqanik istifadəçilər qazanmağa kömək edir. Prosesdə siz ehtiyacınız olan addımları, bu addımların müəyyənləşdirilməsini, izlənilməsini, həyata keçirilməsini nəzarətdə saxlayırsınız.

 

Gəlin baxaq, bu addımlar hansılardır?

 

Addım 1: Açar söz siyahısı yaradın

Addım 2: Google ilk səhifəsini analiz edin

Addım 3: Fərqli və ya daha yaxşı məzmun yaradın

Addım 4: Daxili və xarici linklər əlavə edin

Addım 5: On-page SEO optimizasiyası edin

Addım 6: Axtarış üçü optimizasiya edin

Addım 7: Məzmununuzu “gözəlləşdirin”

Addım 8: Səhifənizlə bağlantılar yaradın

Addım 9: Məzmununuzu yeniləyin və inkişaf etdirin



Addım 1: Açar söz siyahısı yaradın

Sizin yazdığınız, hazırlaığınız məzmun, bu məzmunun ilk və ya sonuncu səhifədə olması- bunlar hamısı bu məzmundakı sözlər hesabına müəyyənləşir. Bir məzmunu yazmadan öncə haqqında yazacağınız məhsul və xidmət haqqında araşdırma apararaq açar sözlərini təyin edə bilərsiniz. Məhsulyönümlü açar söz siyahınız hazırdı, indi isə insanların bu sahə üzrə əsasən hansı açar sözləri axtardığını müəyyənləşdirərək siyahını kiçiltək zamanıdır. Bunun üçün ən yaxşı vasitə “google suggest”dir. Məsələn, siz kitab rəfləri hazırlayan bir şirkət üçün SEO edirsiniz. 

seo strategiya yaratmaq

 

seo strategiya yaratmaq

Bu metod ən effektiv metod hesab edilir. Çünki bu sıralamada gördüyünüz nəticələr insanların sorğuları əsasında formalaşır. Beləliklə də insanların nə axtardığını bilirsiniz. 

 

Əgər siz bu sahədə yenisinizsə, “long tail keyword”-lə ( bir neçə sözdən ibarət açar sözlər) başlamanız daha yaxşı olar. Çünki bu açar sözlərin rəqabət faizi daha aşağı olduğu üçün ilk sırada olmaq şansınız daha da artır. Eyni zamanda artıq insanlar qısa müddətdə daha doğru nəticə almaq istəyirlər, buna görə də axtarış zamanı da daha çox bir neçə söz yazaraq axtarış edirlər.

 

Siyahınızdakı açar sözlərin rəqabət faizinə Semrush və Ubbersuggest kimi vasitələrlə baxa bilərsiniz.



Addım 2: “Google”un ilk səhifəsini analiz edin

 

Açar söz siyahımız hazırdır, indi bu sözlrdən necə istifadə edə biləcəyimizə baxaq. Bunun üçün “google” ilk səhifəsini analiz edə bilərik. Siyahıda olan açar sözlərdən birini brauzerə yazın və nəticələrə baxın. Burada fərqli nəticələr görəcəksiniz. Bu nəticələrdən ilk 10 nəticəni araşdırın. Gəlin “seo tools” axtarışı üzərindən baxaq. 

 

seo strategiya yaratmaq 2021

 

Gördüyünüz kimi burada müxtəlif rəqəmlər yazaraq insanların diqqətini daha çox cəlb etməyə çalışıblar. Çünki insanlar dəqiqliyi və tezliyi sevirlər. Bilirlər ki, bu yenidir (2021 üçün yazılıb), burada 10 alət var ki, mən onlara baxıb öyrənəcəm və s.



Addım 3: Fərqli və ya daha yaxşı məzmun yaradın

“Məzmun şahdır (Content is king)” ifadəsini yəqin ki, eşitmisiniz. Sizin harada olacağınızı məzmununuz təyin edir. SEO-a uyğun məzmun yaratmaq üçün qarşınızda 2 seçim var:

 

  • Fərqli məzmun yaratmaq
  • Daha yaxşı məzmun yaratmaq



Fərqli məzmun yaratmağın yolu 2-ci addımdan keçir. Məsələn, siz “mobil SEO” məzmunu üzərində işləmək istəyirsiniz. Axtarış zamanı görürsünüz ki, “mobil SEO optimizasiyası etməyin yolları” adlı bir yazı artıq var. Bu zaman edə biləcəyiniz ən yaxşı üsul “mobil SEO etməyin X yolu” adlı məzmunu yaratmağınızdır. Bu zaman rəqibinizdən fərqlənərək önə keçmək şansınız daha da artacaq. 

 

Daha yaxşı məzmun yaratmaq üçün isə öz üzərinizdə işləmək, öz yazdıqlarınızı oxuyaraq inkişaf etdirməlisiniz. Əgər məzmununuz oxucuya, istifadəçiyə, potensial müştərinizə heç nə vermirsə, bunu dəyişməyin vaxıtıdır! Çalışmaq lazımdır ki, məzmun daha effektiv olsun və daima yenilənsin. Məsələn, ola bilər ki siz yazınızda istifadəçiyə uyğun ola biləcək yalnız 10 alətdən danışmısınız. Bu məzmunu yeniləyərək daha çox alətdən, bunların yeniliklərindən də danışa bilərsiniz.



Mən də daha yaxşı məzmun yaratmaq üçün bu yazını daima yeniləyək, növbəti addımlar haqqında sizə yazacağam.

 

Seom-da qalın...