SEM nədir? İlk sırada olmağın qaydaları

Pullu ətin şorbası...

Əgər oxudunuzsa, bu yazımızda SEO haqqında danışmışdıq. SEO bizə qurduğumuz startegiya üzrə biznesimizi axtarış motorlarında axtarış zamanı ilk sıhifədə və ilk sıralarda göstərməyə kömək edir - həm də ödəniş olmadan! Bu yazıda həmçinin SEO və SEM arasındakı fərqlərdən də danışmışdıq. SEM olaraq burada Google Ads qeyd edilib. İndi isə gəlin SEM-in özündən danışaq.

 

Əgər internet istifadəçisinizsə və axtarış brauzerində müəyyən açar sözlə axtarış edirsinizsə, SEM-lə qarşılaşma ehtimalınız çoxdur. SEM- Axtarış motorlarının marketinqidir. Axtarış zamanı önündə “ad” gördüyünüz nəticələr SEM vasitəsilə edilmişdir. Markalar ilk səhifədə görünmək üçün, ilk səhifənin birinci və ya digər yerlərində yerləşmək üçün həmin yerə pul ödəyirlər. Təbii ki, burada da açar sözün rolu mütləqdir. Ödəniş açar sözə əsasən edilir. Qeyd edək ki, nəticələr səhifənin yuxarısı ilə yanaşı ən aşağı hissəsində də ola bilir. Təbii ki, bu yerlərin də ayrı-ayrılıqda qiymətləri fərqli olur. Bunu arenda ödənişi kimi düşünə bilərsiniz - şəhərin mərkəzində, insanların çox olduğu yerdə qiymətlər daha baha, kənar ərazilərdə isə daha ucuz olur.

SEM nədir

 

SEM-in həyata keçirilməsi üçün 2 əsas platforma mövcuddur:

  • Google Ads
  • Bing Ads

Google Ads ən məşhur, ən çox istifadə edilən SEM pölatformasıdır. Nəzərə alsaq ki, google üzərindən milyardlarla axtarış aparılır, Google Ads aləti ilə yerləşdirilən reklam sizin müvafiq auditoriyanıza çatmağa kömək edəcək. Bing Ads isə Google istifadə etməyən istifadəçilərin sizin məhsul və xidmətinizi görə bilməsinə kömək edir.



İşiniz açar sözdən düşsün

Yazan, yaradan insanların işi sözlərdən keçir. Hansı sahədə çalışdığından asılı olmayaraq yazan, yaradan insanlar üçün hekayə danışmaq qabiliyyətinin vacibliyini qeyd edirlər. Yəni işini elə görməlisən ki, sanki o hekayə danışır. Hekayəni elə qurmalısan ki, elə sözlər seçməlisən ki, qarşındakına təsirin güclü olsun. Bu yerdə seçdiyin sözlər köməyə gəlir. Eləcə də reklam edən zaman bu vacib amil özünü göstərir. Məhsul və xidmətin haqqında elə açar söz seçməlisən ki, sənə ehtiyacı olan birinin dərhal önündə ola biləsən. Elə bunları nəzərə alaraq, doğru hədəfləməni əsas götürərək SEM-dən istifadə zamanı 4 formada açar sözləri quraşdıra bilərsiniz.

 

  • Broad match keyword - Geniş uyğunluqlu açar söz. Bu növdən istifadə zamanı seçdiyiniz açar söz, onun digər oxşar versiyaları, tək və cəm halları da istifadəçinin önünüə çıxa bilir. Məsələn siz “ayaqqabı” açar sözü üzrə seçsəniz, istifadəçi ayaqqabılar, ayaqkabı kimi sözləri də axtarışa versələr, siz onların önünə çıxa bilərsiniz.
  • Phrase match keywords - Fraza uyğunluqlu açar söz. Açar sözü bu formaya uyğun reklam etsəniz, burada tam olaraq açar sözün özü və ondan əvvəl və sonra gələn ifadələr də nəzərə alınır. Məsələn ən yaxşı ayaqqabı, ən böyük ayaqqabı və s.
  • Exact match keywords - Tam uyğun açar söz. Bu açar söz formasında qeyd etdiyiniz açar sözlər və onların oxşarları, təki, cəmi, səhv qeyd edilmiş forması, ona uyğun digər frazaları və s. Hədəfə alır.
  • Negative keywords -  Neqativ açar söz. Hədəfə almaq istəmədiyiniz açar sözlərin axtarışı zamanı sizi “gizlətməyə” kömək edəcək. Məsələn, siz yalnız ayaqqabını satırsınızsa, ayaqqabı hazırlanmasını neqativ edib işinizə davam edə bilərsiniz.



Auksiondakı ən dəyərli “hissəni” necə alım?

SEM sistemi bir auksion sistemidir. Bu sistemdə rəqiblərinizdən üstün olmalısınız ki, ilk yerdə siz qərarlaşa və satışlarınızı artıra biləsiniz. Düşünə bilərsiniz ki, ən çox pul verən yeri alacaq, amma bəzən işlər belə işləmir. Auksiona əsas 3 amil təsir edir:

 

  • Max CPC Bid - Maksimum CPC ödənişi - 1 istifadəçi reklamızı kliklədiyi zaman ödəməyə hazır olduğunu məbləğ
  • Quality Score - Keyfiyyət balı- bu siz reklamı hazırladığınız zaman platformanın sizə təyin etdiyi bir keyfiyyət göstəricisidir. Bu göstəricini qeyd etdiyiniz açar sözlərin reklam qrupuna uyğunluğu, reklamın məzmunu və s. Müəyyən edir.
  • Ad Rank - Reklam sıralaması - platformanın SERP-lərdə harada göstəriləcəyini təyin etmək üçün reklamınıza verdiyi bir reytinq. Reklam Sıralamanız nə qədər yüksək olsa, axtarış elanınız SERP-də daha yaxşı yerdə olacaq.

 

Bu üçünün düsturu isə belədir: Max CPC Bid x Quality Score = Ad Rank

 

SEM və onun platforması, sistemin müxtəlifliyi o qədər genişdir ki, qeyd etdiklərim burada tamamlanmər. Növbəti yazılarda SEM ilə daha yaxından tanış olacağıq.