Pandemiya göstərdi ki… Google Ads

Konkret yoxsa mücərrəd?

Bu pandemiya bizdən çox şeyi aldı. İnsanları, müəyyən azadlıqları, sağlamlığımızı, bəzən havamızı, işimizi. Hər yerdə olduğu kimi burada da bir amma oldu. Amma bizə öyrətdikləri də az olmadı. Rəqəmsallaşmaq, təmassız davranışlar, həll axtarmaq, problemin üstəsindən gəlmək və s. 

 

Bir tərəfdən insanların həyatı çətinləşdikcə, bir tərəfdən asanlaşdı. Bu paradoksa baxmayaraq pandemiyanın yox olması üçün çalışırıq, əlbəttə ki. 

 

Keçək bizim məsələlərə…

 

“Google” rəqəmsal marketinq dərslərində - xüsusilə “Google Ads” dərsində videolar necə başlayırdı? Bir xanımın fiziki mağazasını virtuala çevirməsilə.

 

Burada dayanıb düşünürük ki, bu məsələ nisbətən bizdən uzaq idi. Olmayan, fiziki formada toxuna bilmədiyimiz mağazadan nəsə almağa çəkinirdik. Pandemiyadan uzun müddət keçəndən sonra nə oldu? Artıq mağazaların sayt yaratmamaqları ilə bağlı şikayətlənirdik. 

 

“Konkret”dən “mücərrəd”ə bir keçidin ilk mərhələsini edə bildik. 

 

Burada bunun hər iki tərəf -həm alıcı, həm satıcı üçün müsbət tərəflərini detallı formada burada danışa bilərik. Amma mövzumuz bu deyil.

 

Mövzumuz “Google Ads”dir!

 

“Google Ads”dən danışan zaman başlanğıcda adətən onu SEO ilə müqayisəsini göstərirlər. Bu da təbii haldır, çünki məqsəd eynidir. Sizi axtarış zamanı ilk səhifədə, ilk sıralarda çıxara bilmək. Biz bu fərqlər haqqında daha əvvəlki məqalələrimizdə danışmışıq. (Buradan oxuya bilərsiniz:  https://www.seom.az/post/menim-saytim-birincidir-seo-nun-sehrli-gucu )

 

“Google Ads” sizə doğru zamanda, doğru yerdə, doğru insanların qarşısına çıxmağa kömək edən bir vasitədir. Lakin bunun üçün öz biznesinizi tanımalı, hədəfinizi dəqiq müəyyənləşdirməlisiniz ki, sizə təklif edilən doğru formatı da seçə biləsiniz. Gəlin başlayaq, Google Ads-in reklam formatları ilə.



  • Search Ads- Axtarış reklamları - insanlar sizin məhsul və xidmətlərə uyğun formada axtarış edən zaman onların önünə çıxan reklam verilmiş məzmunlardır. 

    Məsələn 


    google ads nədir axtarış reklamı


    • Display Ads - Görüntülü reklamlar - bu reklamları müxtəlif saytlara daxil olan zaman saytın müxtəlif hissələrində fotolar formasında görə bilərsiniz.

    Məsələn

    google ads nədir axtarış reklam



    • Video Ads - video reklamlar - bu reklamları youtube-dan yaxşı tanıyırıq. Bəzən tez kemək istəyirsiniz, bəzən səbriniz çatmır ümumiyyətlə videoya baxmaqdan imtina edirsiniz. 

     Məsələn

    google ads nədir axtraış reklamları


    • Shopping Ads - Alış-veriş reklamları - bu reklamlar yuxarıda qeyd etdiyimiz konretlikdən mücərrədə keçən mağazalar üçün ideal versiya ola bilər.

    Məsələn

    google ads nədir axtarış reklamları


    • App campaigns - Tətbiqetmə kampaniyaları- bu kampaniya forması ilə siz tətbiqetmələrinizi axtarışlarda, Yotube-da, Google Play-də reklam edə bilərsiniz. Sizin sadəcə bir neçə cümlə yazmanız kifayətdir ki, google ads öz optimallaşdırması ilə sizə kömək etsin.

    Həmçinin google Ads vasitəsilə local reklamlar, hotel reklamları və s. reklamları edə bilərsiniz.


    Bu dəfə ümumi olaraq Google Ads, onun reklam formatları haqqında məlumatlandıq. Növbəti yazılarımızda formatlara tək-tək baxıb quraşdırmağı öyrənəcəyik.