Niyə bütün bizneslərin sosial media marketinqə ehtiyacı var?

Biznesə başlayan insanların beynində xeyli suallar və onların xeyli cavabları olur. Bu cavablar dəyişir, müzakirə edilir, sonra yenidən dəyişir. Bu suallardan biri də o olur ki, biznesimizi lazımi insanlara necə çatdıracağıq? Bəziləri ənənəvi marketinqə-televiziya reklamı, radio reklamı, müxtəlif broşurlar və s. Üstünlük verdiyi halda, bəziləri rəqəmsalın gücünü başa düşür və buna daha çox üstünlük verir.

 

Biz daha əvvəl ənənəvi və rəqəmsal marketinq arasındakı fərqlərdən danışmışıq. Həmin fərqləri buradan tapa bilərsiniz.

 

Bəs biznesdə bu fərqlər özünü necə göstərir?

 

Hazırda dünyada 5 milyarda yaxın insan internetdədir. Yəni sizin müştəriniz, potensial müştəriniz ola biləcək hər kəs onlayndır. Bəs sizin offlayn qalmaq şansınız varmı. Əsla xeyr. 

 

Online olmağın, rəqəmsaldan istifadənin digər üstünlükləri

 

  1. Potensialdan real müştərinizə çevrilə biləcək insanlarla əlaqə qura və onların nə istədiklərini bilə bilərsiniz
  2. Eyni zamanda qlobal bazarda da ola bilərsiniz
  3. Pulunuza qənaət edərək daha çox insana çata bilərsiniz, hansı ki bu ənənəvidə sizdən daha çox pul tələb edəcəkdi
  4. Və əlbəttə ki ölçüləbilmək. Rəqəmsalın yəqin ki ən sevilən tərəfidir.

 

Rəqəmsal marketinq içinə daxil olanda təsəvvürü biraz çətin edilən qədər böyükdür, hər gün yenilənir, bu sahəni öyrənənlər az qalsın hər gün gecikir ona. Onlayn qalmağın digər tərəfdən də vacib olduğu burada özünü göstərir. Biznesinizi inkişaf etdirmək üçün rəqəmsal marketinq bütün sahələrindən istifadə edə bilərsiniz. Amma əvvəlcə araşdırmalısınız ki, haradan başlamalısınız, bütün sahələrə ehtiyacınız varmı və s. Bu kimi suallara cavab tapmalısınız. 

 

Bu sahələrdən biri də  sosial mediadır. 

 

Hazırda dünya üzərində 4 milyarddan çox insan sosial media istifadəçisidir. Bu qədər insanın sosial mediada olması, onların da bu platformadan müştərilərə çatmaq üçün istifadə etməsi, özlərinin də müştəri olması sosial mediada rəqabəti get-gedə gücləndirir və çətinləşdirir. Amma həm də bu oyunu çox maraqlı edir.

 

Ancaq son zamanlar insanlar arasında sosial media reklamlarının effektiv olmaması haqqənda bir tendensiya yaranıb. SEOsevər biri olsam da, sosial medianın gücünü danmaq olmaz. Bu tendensiyalar sadəcə olaraq reklamverənlərin doğru yerlərdə olmamasından, qarşısındakıların hərəkətini, öz hərəkətlərini izləmməsindən irəli gəlir. 

 

Məsələn ötən ay Media Təhlili Mərkəzi tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə görə vətəndaşların diqqətini daha çox sosial media reklamları çəkir. Sorğuda iştirak edən 481 vətəndaş üzrə nəticələr belə olub

 

Sosial media reklamları – 65,7%;

TV reklamları – 35,1%;

Lövhələrdə olan reklamlar – 27,2%;

İctimai nəqliyyatda yerləşdirilən reklamlar – 23,7%;

Broşür, flayer və kataloqlar (evlərin qapılarına asılanlar və ya küçədə paylanılanlar) – 22,2%;

Obyekt və müəssisələrin qarşısında olan reklamlar – 18,5%.

biznes sosial media marketinq

 

Sorğuda iştirak sayı az olsa da sosial media reklamlarının aktuallığı özünü göstərir.

Indi keçək sosial mediadan necə istifadə edəcəyimizə. Əvvəlcədən deyim ki, bunlar bütün sosial şəbəkələr üçün keçərlidir. Ayrılıqda da onlar haqqında danışacağıq və hər birininin sistemini başa düşəcəyik.

  1. Mən hətta deyərdim ki, ənənəvi marketinqdə də məzmunən birinci yeri tutur. Məzmun yaratmaq onu inkişaf etdirmək indi həm asandı, ona görə ki, mövzu çoxdur, insanların öyrənmək istədikləri, dah açox mənbə axtardıqları mövzular çoxdur. Həm də çətindir ona görə ki, yaradan yazan çoxdur. Amma yuxarıda da dediyimiz kimi bu oyunu daha da maraqlı edir. Mütəxəssislər hər zaman deyirlər ki, əgər məzmun yarada bilmirsinizsə, yaradılmışların üzərində işləyin, dəyişdirin.
  2. Artıq insanların yazıları oxumağa vaxtı yoxdur və ya yazıların izahını bir də foto və videolarla istəyirlər. Bunu unutmayın və bütün sosial media addımlarınızda mümkün olduğu halda müxtəlif növ fotolardan (infoqrafikalar əsasən daha çox baxılır) və videolardan istifadə edin. 
  3. Hashtaglar sizin hədəfə getmənizi sürətləndirəcək. Artıq sosial media axtarışları dah açox hashtaglar üzərində nəticələri insanların axtarış nəticəsinı çıxarır. Hashtaglardan istifadə edən zaman onların sektorunuzla, sizin biznesinizlə və hədəfə aldığınız auditoriyanızla əlaqəli olduğuna əmin olun. Yoxsa yanlış auditoriyanın önünə çıxıb onları qıcıqlandırmaq istəməzsiniz yəqin ki. 

     4. Hər zaman araşdırmaq sizin ən yaxın köməkçiniz olacaq. Rəqiblərinizi, sektorunuzu, sektorda baş verənləri, trendləri izləyin, yenilikləri test edin, rəqiblərdən öyrənin, auditoriyalardan öyrənin, istəklərini tapın və bu yolda ilk qazananlardan olun.

 

Bu yazımızda ümumi olaraq sosial medianın gücündən danışdıq. Növbəti sosial media yazılarımızda daha detallı hər şəbəkə, onun reklam imkanları haqqında da danışacağıq.

 

Seom-da qalın...