Mənim saytım birincidir! - SEO-nun sehrli gücü

Saytı olan bir addım önə!

Axtarış motorlarında (Google, Bing, Yandex, Duck duck go) axtarış edərkən yəqin ki, siz də ilk 10 nəticəyə baxırsınız, sonrakı nəticələrə keçid etmək istəmirsiniz, çünki düşünürük ki, sonrakı bəticələr bizi axtarış məqsədimizdən uzaqlaşdıracaq və bizi başqa yerə yönləndirəcək. Əslində tam da bu bizə SEO-nun, düzgün SEO strategiyanın nə qədər vacib olduğunu başa salır.

Gəlin əvvələ qayıdaq. Hesab edək ki, siz biznesmensiniz, kiçik və ya böyük biznesiniz var. Məhsul və xidmətlərinizi mağaza vasitəsilə insanlara göstərirsiniz. Birdən dünya rəqəmsallaşır və sizi mağazanızın fəaliyyət göstərdiyi ərazidən başqa digər yerlərdə tanımırlar. Siz də deyirsiniz ki, qoy mən də bir sayt açım, daha çox tanınım. Məhsullarınızın olduğu bir sayt açırsınız. Amma başa düşürsünüz ki, nəsə əksikdir, sayta baxan insanların da sayı azdır. Çünki axtarış zamanı siz çox alt sıralarda çıxırsınız və sizin özünüzün də etdiyi kimi, insanlar da ilk sıralardakı nəticələrə baxaraq qərar verirlər. Burada SEO sizin köməyinizə gəlir. 

SEO- Axtarış motorlarının optimizasiyasıdır. Yəni sizin kontentinizi axtarış motorları üçün optimizasiya edir və siz də ilk sırada çıxırsınız. Bəs bu proses necə olur? “Google”da bir işçi oturub sizin saytımı izləyir, məzmunun keyfiyyətinimi yoxlayır?!

“Google” (digər axtarış  motorları) bunu öz “köməkçiləri” vasitəsilə edir. Yəqin yeni il filmlərində Şaxta Babanın elflərini görmüsünüz. Buna oxşar Google-un da “hörümçəkləri” var. Siz saytınızda məzmun əlavə etdiyiniz zaman və ya mövcud məzmunu yenilədiyiniz zaman bu hörümçək botlar gəlir və sizin saytınızı indeksləyir. 

 

indexing by google for seo site

Foto "Moz"dan götürülmüşdür

İndekslənməyə əsasən saytınızın SERP-də yeri müəyyən edilir. SERP (Sarch Engine Result Page) siz axtarış edən zaman qarşınıza çıxan nəticələrin olduğu səhifədir. 

 

Ümumiləşdirərək bunu deyə bilərik ki, mağazanızın olmasına baxmayaraq, rəqəmsal dünyada saytınızın olması sizin ən böyük üstünlüyünüz olacaq. Artıq insanlar ehtiyaclarını küçələrdə yox, internetdə axtarır, artıq insanlar harasa gedib alış-veriş etmək yox, istədiklərinin evinə gəlməsini istəyir. Saytınız olması sizi həm sevdirəcək, həm daha keyfiyyətli görünməyinizə kömək edəcək, həm də doğru strategiya ilə sizi tanımayanlara da tanıdacaq.

 

Pulsuz ətin şorbası...

Google-da axtarış edəndə yəqin ki, sizin də qabağınıza reklam verilmiş nəticələr də çıxıb. Amma siz də səbəbini bilmədən o nəticələri keçərək reklamsız nəticələrə klikməyə üstün tutmusunuz. Bu nəticələr “Google Ads” platforması vasitəsilə verilmiş reklamlardır. Yəni Google-da SEO ilə yanaşı Google Ads vasitəsilə də ilk sırada ola bilərsiniz. Bəs niyə SEO-nu seçməli və startegiyamızı SEO üzərində qurmalıyıq.

 

  • Google Ads-dən istifadə etmək istəsəniz, nəzərə almalısınız ki, ilk səhifədə, ilk sırada qalmaq üçün daimi büdcəniz olmalıdır. Büdcəniz bitsə, siz artıq ilk sıralarda olmayacaqsınız. SEO strategiyası qurmaq ona əməl etmək üçün sizin büdcəyə ehtiyacınız yoxdur. Büdcə yalnız SEO üzrə işləmələri üçün əlavə əməkdaşlar cəlb etdiyiniz zaman (dizayner, məzmun meneceri, link yaradıcısı və s.) lazım olacaq. Büdcəyə ehtiyacınız olmasına baxmayaraq SEO-da nəticələr qalıcıdır. 
  • SEO strategiyasını düzgün qursanız, sizin ilk sıralarda olmanız, ilk səhifədə yer almanız mütləq mümkündür. Amma Google Ads-də bu mütləq deyil Çünki necə deyərlər “kim pulu çox versə, o da ilk yerdə olacaq” (təbii ki, məzmun keyfiyyəti əsas amillərdən biridir. 
  • Google Ads-də sizin nəticəni alma vaxtınız saatla hesablanır, SEO-da isə aylarla. Doğru SEO strategiyası nəticəsini 6 ay ərzində verir. Amma birinci bənddə qeyd etdiyim kimi SEO nəticəsi daha qalıcıdır. 
  • Axtarış zamanı reklam olan nəticələrə daxil olmuruq. Bunun əsas səbəbi insan psixologiyasıdır. Çünki insanlar onlara nəyinsə satılmağa çalışdığını hiss edəndə ordan uzaqlaşırlar. Marketoloqlar da qeyd edirlər ki, əsl marketinq odur ki, insanlr bunun marketinq olduğunu hiss etməsinlər. Bu baxımdan SEO-da müştərilərin geridönüş faizi daha çoxdur. 



Sizi niyə birinci yerə çıxaraq?

Saytınız var, hər gün nəsə yazırsınız, saytı yeniləyirsiniz amma yenə də ilk səhifəyə çıxa bilmirsiniz. “Hörümçəklər” gəlib saytınızı indeksləmir, indeksləsə belə ilk yerə çıxartmır. Niyə? Çünki SEO üçün çox vacib olan 200+ faktorlardan heç birinə əməl etmirsiniz!

Bu faktorların hamısını bilmək və ya hamısına əməl etmək tələb edilmir, əvvəlcə əsas faktorları bilib əməl edib yola çıxmaq, daha sonra dərinləşdirmək olar. Əsas sizə kömək edəcək faktorlar nələrdir?

 

  • Yüksək keyfiyyətli, optimizasiya edilmiş məzmun - ümumiyyətlə məzmun marketinq tam ayrı müzakirə edilməli, öyrənilməli mövzudur. Müxtəlif illərdə bu mövzu üzrə araşdırmalar aparılıb. Məsələn 2016-cı ildə “Backlinko” tərəfindən yayımlanmış statistika göstərir ki, 1890 sözdən ibarət məzmunlar ilk sıralarda olur. Həmçinin növbəti illərdə bu statistika nəticələri göstərmişdir ki, 2000+ söz sayından ibarət məzmunların ilk sırada olma şansı daha çoxdur. Təbii ki, burada sadəcə söz yığınağından söhbət getmir, bu məzmunlar optimizasiya edilərək oxucu üçün faydalı hala gətirilməlidir.

 

Foto "Backlinko"dan götürülmüşdür.

  •  Mobile usability. Əvvəlki kiçik telefonlar yadınızdadır, hamıya elə gəlirdi ki, kiçik telefonu olanlar digərlərindən (böyük telefonu olanlardan) daha yaxşıdır (cooldur). Daha sonra yavaş-yavaş əksini yaşamağa başladıq. Telefonlar böyüdü, komputerlər məşhurlaşmağa başaldı və daha çox istifadə olundu. Indi isə yenidən hər şey kiçikləşir. Insanlar komputerlərdən telefonlara, tabletlərə “köçürlər”. Bu o deməkdir ki, saytınız mobilə uyğunlaşmalı və istifadəçi sayta mobil vasitəsilə daxil olduqda da narahatlıq yaşamamalıdır. 
  • Backlinks. Biz tövsiyə etməyi sevirik və kimsə bizə tövsiyə edən zaman onun əsasında hərəkət etmək də xoş olur. Bəs siz saytınızda digər saytları tövsiyə etmək, öz saytınızın digərlər saytlarda tövsiyə olunmasına sevinməzsiniz? Əlbəttə sevinmək olar və bu da sizə kömək edəcək əsas faktorlardandır. 
  • Video content. Məzmununuzun videolarla daha da zənginləşdirilməsi sizin lehinizə olacaq əsas vasitələrdəndir. Son açıqlanan statistika da göstərir ki, insanlar video izləməyi çox sevirlər nəinki oxumağı. Ümumiyyətlə statistikalarla, datalarla hərəkət etmək sizi rəqiblərinizdən daha öndə edəcək. Aşağıdakı statistikada da görə bilirik ki, dünya üzrə ən çox ziyarət edilən sayt "youtube"dur.

youtube ən çox ziyarət edilən sayt

Foto "DataReportal"dan götürülmüşdür.

Bunlar sadəcə 200+ faktordan bir neçəsi idi. Bu faktorlarla, həmçinin faktorların hansı formada SEO üçün optimizasiya edilməsi ilə əlaqədar növbəti məqalələrdə tanış olacağıq. Bu sadəcə SEO-ya giriş idi. Qabağımızda mənim üçün də çox həyəcanlı olan məcarələr var!

Seom-da qalın