LinkedIndə necə reklam verim? LinkedIn reklam modelləri hansılardır? - 2021

Əgər məqsədiniz peşəkar şəxsləri və şirkətləri hədəfləməkdirsə, o zaman LinkedIn vasitəsilə reklam vermək tam sizin üçündür.

 

Belə ki, bu sosial şəbəkənin digərlərindən fərqli olaraq mahiyyəti də məhz iş mühitini yaratmaq, peşəkar insanlardan, iş həyatından öyrənməkdir. 

 

Linkedın-də reklam vermək üçün əvvəlcə bir səhifəniz olmalıdır. Səhifə yaratmaq çox asan və digər şəbəkələrdə də gördüyümüz qədər sadə olduğu üçün buranı keçirik. 

 

LinkedIn-də reklam vermək…

Digər sosial şəbəkələrin olduğu kimi, LinkedIn-nin də "Linkedln Campaign Manager" var. Bura giriş etdikdən sonra ( https://www.linkedin.com/campaignmanager ) bir reklam hesabı yaradırsınız. LinkedIn əsas 3 kampaniya modelləri var

 

linkedin reklam vermek vermək

 

Gəlin bunlara ətraflı baxaq:

 

1. Awareness - Bilinirlik

 

Bu kampaniya şirkət və markanızın linkedIn aləmində daha çox tanınmasına, daha çox auditoriya çatmasına səbəb verir.

 

2. Consideration

 

Bu kampaniya bölməsində əlavə 3 hissə görürük.

 

  a) Sayt ziyarətləri

Bunu seçərək müəyyənləşdirdiyiniz hədəf kütlə arasından saytınıza gələ biləcək auditoriyaya reklam göstərilir. Bununla da potensial müştərini reala çevirə bilirsiniz.

 

  b) Engagement 

Bu kampaniya vasitəsilə reklam verdiyiniz zaman reklamlarınız sizinlə əlaqəyə keçə biləcək potensial auditoriyanın qarşısına çıxa biləcək. Beləliklə də, səhifənizin ziyarətçi sayı, səhifənizin izləyici sayı artacaqdır.

 

  c) Video 

Buradakı əsas məqsəd seçdiyiniz hədəf auditoriya arasından videonuzu ən uzun müddət izləyə biləcək şəxslərin önünə çıxmaqdır. 

 

  1. Conversions

 

 a) Lead generation

 

Bu kampaniya vasitəsilə hədəf auditoriyadan sizdən xidmət və məhsul almaq ehtimalı yüksək şəxs və şirkətlərə reklamınız görünə bilər. 

 

  b) Website conversions

 

Bu reklam forması vasitəsilə hədəf auditoriyadan saytınızda qurmuş olduğunuz abunəliklərə, qeydiyyat və yükləmə forumlarına ən çox maraq göstərə biləcək şəxslərin önünə çıxa biləcəksiniz.

 

  c) Job applicants

Hazırda şirkətlərin axtardıqları əməkdaşları tapmaqları onlar üçün ən əsas mövzulardandır. Bu reklam vasitəsilə şirkətiniz üçün ən uyğun şəxsləri tapa biləcəksiniz.

Sonra isə auditoriya, reklam formatı, yerləşmə, büdcə və digər əlaqəli seçimləri müəyyənləşdirməli olacaqsınız. Bunlar haqqında ikinci hissədə danışacağıq.