Kriptovalyuta nədir, necə həyatımıza gəldi və niyə hələ də həyatımızdadır?

Soğan olsun, nağd olsun…

 

Bu dövr artıq yavaş-yavaş sona çatır. Ölkəmizdə bu proses daha az sürətlə baş versə də, yaxın gələcəkdə nağd dövrünün tam bitəcəyini görmək mümkündür. “Kriptovalyutanı necə alım, hansından alım görəsən” sualını verib, internetdə müxtəlif araşdırmalara başlamısınızsa, demək ki, artıq siz də nağddan uzaqlaşmağa başlamısınız, ən azından pulunuzu bankda saxlayırsınız, təmassız ödənişlərə üstünlük verirsiniz.

 

Keçək yuxarıdakı suala:

 

Kriptovalyutaları necə almaq olar? Ümumiyyətlə kriptovalyutalar nədir?

 

Yəqin sizdən yaşca və nəsilcə daha böyüklərin qızıl yığdığını, pul olan kimi qızıla yatırım etdiyini görmüsünüz. Qızılı ən yaxşı investisiya da adlandırırlar. Mən kriptovalyutaları da buna bənzədirəm. Amma …

 

Kriptovalyutalar “blokchain” adlı texnologiya əsasında işləyirlər. Bu texnologiya tranzaksiyaları idarə edən və onları qeydə ala bilən mərkəzləşdirilmiş bir texnologiyadır. Blockchain cazibədarlığı onun təhlükəsiz olmasıdır. Kriptovalyutalarda məlumatlar şifrələnir və şifrənin açılması yolu ilə transfer edilir. 

 

Əgər oxumusunuzsa, (oxumamısınızsa, buradan oxuyun: https://seom.az/post/nedir-bu-nft ) NFT texnologiyası haqqında yazmışdıq. Artıq rəqəmsal dünyada ənənəvi bildiyimiz bəzi şeylər də rəqəmsallaşır, onlardan biri də bu texnologiyalardır.

 

Kriptovalyutaların tarixi

90-cı illər artıq texnologiya öz qabına sığmayaraq daha fərqli, maraqlı, yeni yol yaradan bir məfhum olmaq üçün daha çox aktivləşməyə başladığı. Bu dövrlərdə müxtəlif formada kriptovalyutalar yaradıldı. “Digicash”, “Flooz”, “Beenz” kimi sistemlər yaradıldı və üzərində işlədilməyə başlanıldı. Lakin bunların mərkəzində saxtakarlıq, təhlükəsizliyin çox zəif olması, maliyyə məsələləri və digər məsələlər dayandığı üçün uğursuz oldu. 

 

Ilk kriptovalyuta olan, hamımızın adını çox eşitdiyi, kriptovalyuta deyəndə ağlımıza ilk gələn “Bitcoin” 2009-cu ildə yaradıldı. Əsas yaradıcı Satoshi Nakamato kimi bilinsə də, hələ də arxasında kimin və ya kimlərin olduğu dəqiq bilinmir. 

 

Kriptovalyutalar necə istehsal edilir?

 

Kriptovalyutaların istehsalı da dağınık bir sistem üzərindən həyata keçirilir. Yəni istifadəçi əsaslıdır. Kriptovalyuta istehsalı üçün müəyyən çətinlikdə məsələlərin həll edilməsi gərəkli olur. Yəni istehsal həddinin miqdarı artdıqca, çətinlik də artır. Bu proses müəyyən riyazi məsələlərin həlli ilə baş tutur. Əgər çox güclü prosessor gücü və internet bağlantısı varsa, siz də rahatlıqla kriptovalyuta istehsal edə bilərsiniz. Burada prosessor gücü hər hansı adi gücdən getmir, komputeriniz düşündüyünüzdən daha güclü, demək olar ki, daima işlək vəziyyətdə olmalıdır.



Kriptovalyutaların qanuniliyi və vergisi…

 

Kriptovalyutaların qanuniliyi ölkəyə görə dəyişməkdədir. Bəzi ölkələr bunu qadağan edib, bəziləri üçün bu qanunidir, əksəriyyəti üçün isə hər hansı qadağa və ya qanun yoxdur. Yeni olduğu üçün bunun üçün müxtəlif qanunların hazırlanması, proqramların hazırlanması zaman ala bilir. 

 

Əgər kriptovalyutalar vasitəsilə sizin hesabınıza daimi olaraq hər hansı vəsait daxil olarsa, buna vergi tətbiq edilə bilər. Lakin bunun haqqında dəqiq nəsə demək olmaz. Çünki Azərbaycanda kriptovalyutalar haqqında qanunvericilik hazırlanmadığı üçün nəsə demək üçün çox tezdir. 



Kriptovalyutaları necə almaq olar…

Bunun üçün ən vacib məqam çox geniş, güclü araşdırma aparmaq ilk addım olacaq. Çünki almaqla sizin pulunuza əlavə gəlir də qata bilərsiniz, tamamilə itirə də bilərsiniz. Hazırda kriptovalyutaların dəyəri müxtəlif insanların bir cümləsi ilə dəyişə bilir.

 

Alacağınız kriptovalyutanı seçdikdən sonra artıq almaq prosesinə keçə bilərsiniz.

 

Bunun üçün  https://coinmarketcap.com/ saytından mövcud kriptovalyutalar, onların bazar dəyəri, onların hər birininin ayrılıqda son 24 saatda, 7 gündə necə dəyişdiklərini görə bilərsiniz. 

 

Məsələn siz Etherium almaq qərarına gəldiniz, onun saytına daxil olduqdan sonra (https://ethereum.org/en/) , “ETH əldə etmək” bölməsinə daxil olaraq, hansı ölkədən almaq istəyirsiniz qutusunu görürsünüz. Bura Azərbaycan yazaraq, hansı platformalardan ala biləcəyiniz görə bilərsiniz.