Kim sosial media meneceri ola bilər? Lazım olan bacarıqlar hansılardır?

Sosial medianı göstər, deyim sən kimsən

Sosial media haqqında, bu sahənin meneceri haqqından danışmazdan əvvəl biraz ümumi baxış edək.

 

Bu saniyələr içərisində dəyişən dünyada hər kəs informasiyaya ac olur. Kimsə hər hansı informasiyanı digərindən daha gec eşidəndə özünü pis hiss edir və ya tez eşidəndə istəyir ki, bunu hər kəsə bildirsin. Çünki əvvəlkindən fərqli olaraq dünyayla əlaqə daha müxtəlif vasitələrlə daha sürətli qurula bilir. Bu vasitələrin önündə, əlbəttə ki, internet gəlir. İnternet bizi bütün dünyayla, tanımadığımız insanların həyatı ilə, hadisələrə yanaşmaları ilə, fikirləri ilə əlaqələndirə bilir, öyrədir. Son yayımlanan statistika da insanların internetdən əsasən informasiya almaq məqsədilə istifadə etdiklərini göstərir. 

 

insanların internetdən istifadə səbəbi

 

İnternet bizə informasiyaları almaqda, öyrənməkdə, oxumaqda, paylaşmaqda kömək edir. İnsanlarla əlaqədə qalmaq, bu informasiyaları insanlarla paylaşmaq üçün də vasitələr lazım idi və bu vasitələr sosial media kanalları oldu. 2021-ci ilin I rüb göstəricisinə əsasən, dünya üzərində insanların sosial mediadan əsas istifadə səbəbi digər insanlarla, dostlarla əlaqədə qalmaqdır. 

 

insanların sosial mediadan istifadə səbəbləri

 

Sosial media kanalları hansılardır?

 

Bu suala aşağıdakı foto ilə cavab vermək istəyərdim

 

ən çox istifadə edilən sosial media

 

Burada sosial media kanallarının adları yanaşı həm də onların istifadə sıralamasını görə bilərik. Bunlardan əksəriyyəti hamımıza tanışdı və istifadə edirik. Bəziləri telefonumuzda olsa da istifadə tezliyi çox azdır, bəzilərinin isə sadəcə adını eşitmişik. Azərbaycanda sosial media istifadəçilərinin sayı 4.30 milyon nəfərdir. Təsəvvür edin siz öz kiçik, orta və ya böyük biznesinizi sosial media vasitəsilə 4 milyondan çox insana göstərə bilərsiniz. Bu insanlar arasında, əlbəttə ki, potensial müştəriləriniz də var. 

 

Bəs sosial medianı necə istifadə etməlisiniz ki, potensial müştərilər sizin real müştərilərinizə çevrilsin? 



1 cümlə yaz, 2 şəkil hazırla paylaş getsin…

Təəssüf ki hazırda sosial media menecerinin işinin 1-2 cümlə, 2-3 şəkil hazırlamaq olduğunu düşünən insanlar var. Amma hər işin olduğu kimi, sosial media menecerinin işi də ən dərinliklərdən keçir. Çünki məzmun hazırlamaq, onu reklama qoymaq, real time marketing etmək heç də asan deyil. İşinin peşəkarı SMM olmaq üçün ən vacib qabiliyyətlər hansılardır?

 

  1. Sosial media meneceri hər şeydən əvvəl bir marketoloqdur. Facebook ads manager və ya LinkedIn Campaign Manager vasitəsilə reklam qoysa belə, onu niyə, kimin üçün qoyduğunu bilməlidir. Startegiya qurmaq, onu doğru formada idarə edə bilmək, lazım gəldikdə dəyişiklik edə bilmək bacarıqları ən vaciblərdəndir. Brendini tanımaq, auditoriyanı araşdırmaq, tanımaq, rəqibləri analiz edə bilmək, büdcənin düzgün idarəsi-hamısı SMM-də olmalı bacarıqlardandır.

 

  1. Artıq hər kəs datalarla işləməyi bacarmalıdır, sahəsindən asılı olmayaraq. Sosial media kampaniyası qurursunuz, büdcə və s. Məsələləri də həll edirsiniz, amma nəticəni ölçmürsünüz və ya ölçə bilmirsiniz. Bütün qurulan kampaniyanın bir mənası qalmayacaqdır. Ona görə də əvvəldə, sonda-hər zaman datalarla işləməyi, onları ölçməyi öyrənmək sizə üstünlük gətirəcəkdir. 

 

  1. İnformasiya və hadisələrin tezliyi həmişə insanı düşündürür ki, “görəsən necə edim ki, daha yaradıcı olum?!”. Çox insan düşünür ki, bu əvvəldən insanda olan bacarıqdır. Bir hissəsi ilə razılaşmaq olar, amma düşünürəm ki, insan kitablar oxuyaraq, ətrafında doğru insanlarla əlaqədə olaraq, çoxlu oxumaqla (digər insanların fikirlərini), filmlərinə baxmaqla və xəyal edə bilməklə yaradıcı ola bilər. Yaradıcı olmaq, hadisələrə özünəməxsus yanaşma yaratmaq həm məzmun idarəsi zamanı, həm dizayn işlərində sizə kömək edəcək (dizaynerə köməkçi ola biləcəksiniz).

 

3 bənddə ən vacib bacarıqlardan qısaca danışdıq. Burada alətlərlə işləməyi qeyd etmədim. Hər zaman düşünürəm ki, alətlərlə işləməyi öyrənmək düsturu bilib məsələni həll etməkdir, amma sualsız, heç nəyi anlamadan. Bu o deməkdir ki, sabah bu düstura bağlı daha fərqli, geniş məsələ qarşınıza çıxsa, onu həll edə bilməyəcəksiniz. Burada əsas məsələ dərinlikləri bilmək, yanaşmanın olmasıdır. Alətlərlə işləmək, digər bilikləri də öyrənmkə mümkündür. SMM bölməsinin növbəti yazılarında bunlar haqqında daha ətraflı danışacağıq.