Google Analytics nədir və necə quraşdırılır?

Biz bütün yazılarımızda paylaşımlarımızda deyirik ki, indiki data dövrü bizim üçün ən böyük hədiyyələrdəndir. Çünki nə üçün işlədiyimizi, necə işlədiyimizi, niyə bacara bilmədiyimizi görə bilirik. Əvvəlcə özümüzə verdiyimiz hesabat, sonradan qarşı tərəfə verilən hesabat çevrilir. 

 

Bu yerdə isə müxtəlif alətlər köməyə gəlir. Bunlardan biri də bütün datalarınızı rahatlıqla ölçə biləcəyiniz - Google Analyticsdir. 

 

Data verən platformaları saytların ağciyərləri demək olar. Saytım var, amma orada nə baş verdiyini ölçmürəmsə, deməli boşuna işləyirəm.

 

Bu  baxımdan ən yaxşı platformalardan biri də Google Search Console-un adını çəkməsəm, günah olar. Fərq ondadır ki, GSC yalnız organic axtarış datalarını verir, GA isə bütün dataları. Onun haqqında növbəti dəfə.

 

GA-nın ən böyük üstünlüyü bu cür alətin pulsuz olmasıdır. Təsəvvür edirsiniz, burada ziyarətçilərinizin haradan gəldiyini, nə dilində danışdığını, hansı səhifələrdə olduğunu görə bilirsiniz və satışlar üçün yol açırsınız - bu alət isə pulsuzdur. Təbii ki, limitinin olması da normaldır. Belə ki, pulsuz versiyada aylıq 10 milyona qədər ziyarətçini izləyə bilirsiniz. Bilirəm hamı ürəyində dedi ki, kaş aylıq 10  milyon ziyarətçim olsun, mən hazıram ödəniş etməyə. 

 

GA özlüyündə çox geniş mövzudur. Biz isə onu müəyyən hissələrə bölüb öyrənəcəyik. Gəlin, ən başdan başlayaq. 



Google Analytics hesabı necə yaradılır

 

  1. Hesab yaratmaq üçün bir gmail hesabınız olmalıdır. Bu da yəqin ki, artıq hər kəsdə var. Daha sonra https://analytics.google.com/analytics/ ünvanına daxil olursunuz. Burada aşağıda göstərilən formada səhifə açılır və siz buraya adınızı qeyd edirsiniz. Qeyd edəcəyiniz bu adın altında ölçə biləcəyiniz bir neçə sayt ola biləcək.

google analytics nedir

2. Daha sonra nəyin ölçülməsini istədiyinizi qeyd edirsiniz. Saytınızın məlumatlarının ölçülməsini istəyirsiniz, yoxsa hər hansı tətbiqetmənizin? Sualın cavabını daxil edirisiniz. Burada hər ikisini də qeyd etmək mümkündür. Sonra isə zaman dilimini qeyd edirsiniz. 

google analytics haqqinda

 

3. Növbəti mərhələdə biznesiniz haqqında məlumatları daxil edirsiniz.

 

google analytics baslangic

 

4. Artıq GA hesabınız hazırdır. İndi isə növbə saytları və ya tətbiqetmələri daxil edərək, onların datalarını ölçməkdədir. Siz yarat düyməsini sıxandan sonra qarşınızda bu səhifə açılacaq və siz uyğun olanı seçdikdən sonra prosesə başlayacaqsınız.

google analytics qurasdir

5. Mən sayt seçdim və saytın url-ni daxil etdim. Daxil etdiyiniz zaman burada url üçün 2 seçim görəcəksiniz: Https və http. Bu saytınızın ssl sertifikatının olub olmamasından asılı olaraq dəyişir.

SSL sertikat nədir? SSL sertifikat saytınızın mövcudluğunu doğrulayan və ötürülən məlumatları şifrələyən rəqəmsal sertifikatdır. SSL sertifikat çox vacibdir, bunun əldə edilməsi üçün çalışın. Ödənişsiz formada əldə etməyiniz mümkündür. Aşağıdakı hissədə ölçülməsini istədiyiniz dataların formaları yer alır - səhifəyə baxış sayı, saytın axtarışı, scroll və s. Bunları daha sonra düzəltməyiniz də mümkündür. 



6. İndi isə gəlirik ən vacib məqama. Biz hesabımızı, saytımızı quraşdırdıq. Bəs GA saytımızdan dataları necə götürəcək?

Bunun üçün GA verdiyi kodu saytımıza daxil etməliyik. 5-ci addımı keçdikdən sonra önünüzdə açılan pəncərədə Global Site tag seçirsiniz və verilmiş kodu, saytda qeyd edilən hissəyə qoyursunuz. Bunu saytınızı hazırlayan mütəxəssisdən də xahiş edə bilərsiniz.

 

google analytics

 

Saytınızın GA ilə əlaqədə olduğuna əmin olduqdan sonra artıq dataların ölçülməsi başlayacaqdır. 

 

Mövzumuz burada bitmir, əksinə hər şey bundan sonra başlayır. Yazımızın davamını gözləyin.