Gərək marketinqin də rəqəmsalı olsun

Kim öz qatığına qara deyər ki?

Marketinqin tarixi insanların yaratmasından başlayır. Yaradan insanlar bilərəkdən ya da bilməyərəkdən öz məhsullarını başqalarına tərifləməyə, onun nə qədər lazımlı, gündəlik işlərdə zəruri olduğunu açıqlamağa başlayırdılar. Artıq müasir cəmiyyətlər yarandıqca insanlar tək yaratdıqlarını yox, öz yaradılışını marketinq edib satmağa başladılar- “mən sizin üçün bu işi ən yaxşı görəcək tək şəxsəm”, “bu vəzifəni mənə verməklə dəyərinizə dəyər qatacaqsınız və s.” Sonradan bu marketoloqlar çöl reklamlarında, televiziyalarda, radiolarda görünməyə başladı. Hə, artıq bu hissədə biz rəqəmsallaşmalıyıq, siz  bu ardıcıl prosesi internetdə axtarış edərək rahatlıqla oxuya bilərsiniz.

 

Rəqəmsal günlər görəcəyik

Hazırda dünyada 7.83 milyard insan yaşayır və bu insanların 4.66 milyardı aktiv internet istifadəçisidir. 5.22 milyardının mobil telefonu var və 4.20 milyardı isə aktiv sosial media istifadəçisidir. Azərbaycanda isə 10.18 milyon nəfərin 8.26 milyonu internetdən istifadə edir, 4.30 milyonu isə aktiv sosial media istifadəçisidir.

Azərbaycan rəqəmsal marketinq statistika 2021

Şəkil "Data Reportal"dan götürülmüşdür.

Bu o deməkdir ki, insanların marketiniq insanlara etdiyini düşünsək artıq cəmiyyətlə birlikdə ona satılan da, satılma vasitəsi də rəqəmsallaşmalı idi. Və bu baş verdi. Aşağıdakı infoqrafika bu hadisənin ən yaxşı formada vizuallaşmış forması ola bilər.

 

ənənəvi və rəqəmsal marketinq büdcə

Şəkil "Statista"dan götürülmüşdür.

Bu foto 2012-ci ildən 2020-ci ilə qədər Birləşmiş Ştatlarda ənənəvi və rəqəmsal marketinqin necə dəyişdini göstərir. Artıq ölkələr, markalar, insanlar reklamını rəqəmsala daşıyır və buradan edirlər. Bəs buna səbəb təkcə dövrün tələbidirmi yoxsa rəqəmsalın üstünlükləri varmı? 

 

  • Ölçülə bilmək. Barmaqlarınızın altında olan sosial şəbəkəni “vərəqləyəndə” heç olmasa bir dəfə data sözünə rast gəlmisiniz mütləq. Artıq datası olmayan, ölçülə bilməyən fəaliyyətin gələcəyini düşünmək çox çətinləşir. Mən də düşünürəm ki, rəqəmsal marketinqin ən üstün cəhətlərindən biri və ən vacibi onun rahat formada ölçülə bilməsidir. Düşünün ki, siz xidmət və ya fəaliyyət satırsınız və reklam verməyi düşünürsünüz. Siz hansı vasitələrlə daha çox alıcıya çıxmaq istəyərsiniz? Burada üstünlüklərin ikincisi ortaya çıxır. … ↕  Auditoriyanızı düzgün hədəflədikdən sonra əvvəlki kampaniyalardan aldığınız datalar tələsik köməyinizə çatır və sizə harada nə etmək lazım olduğunu anladır. Bəlkə də siz düşünürdünüz ki, alıcılarınızın əksəriyyəti Bakıdandır, amma ölçülə bilən data göstərir ki, yox əslində Sumqayıt 1-ci yerdədir. Deməli Sumqayıta daha çox hədəflənib, Bakını inkişaf etdirmək lazımdır. 
  • Auditoriyanın hədəflənməsi. Bəli doğru alıcıya çatmağın əsas yolu “targetinq”dən keçir. Yəni siz əvvəlcə məhsulunuzu, daha sonra onun faydal və əksikliklərini bilməlisiniz ki, onu kimə reklam edəcəyinizi biləsiniz. Bəlkə sizin auditoriya televizora daha çox baxır, ya o aktiv sosial media istifadəçisi olan 4.30 milyonun içindədir. 

Auditoriyanı müəyyənləşdirib yuxarıya qayıtmaq olar. ↑

  • Paylaşılma. Kiminsə sizi, sizin özünüzün özünüzü paylaşmanız da sizi kəşf etməyə kömək edən vasitələrdəndir. Rəqəmsal marketinq də bunu 2klik etməklə daha əlçatan edir və yavaş-yavaş növbəti üstünlüyün təməli qoyulur
  • Brend yaradılması və inkişafı. Brendin üzərində işləməyə bir insan haqqında müsbət fikirlərin yaradılması üçün bilərəkdən cəmiyyət arasında onun haqqında yaxşı danışmağa bənzədirəm. Əsasən tarixi kinolarda bunu görə bilərik. Şahın “sağ qolları” yaxşıları, “sol qolları” isə daha çox baş verən pisləri, riskləri cəmiyyət arasında danışaraq, ona qarşı nifrət yaradır. Brendin yaradılması, eyni zamanda inkişafı prosesi də buna bənzəyir, sadəcə artıq xalqdan birinin paltarını geyinib, meydana çıxıb, tək tək gəzməyə ehtiyac yoxdur, çünki hamının sevimlisi “click” var artıq həyatımızda.

Digər bölmələrdən danışanda üstünlükləri özünüz üçün də kəşf etmiş olacaqsınız.



İtməmək üçün hansı tərəfə? İşıq gələn yoxsa?

2 il əvvəl mən də düşünürdüm ki, rəqəmsal marketinq bu qədər üstünlüklərlə gəlibsə, neyniyirik ki, ənənəvi marketinqi? Amma təcrübəsiz olduğum üçün unudurdum ki, axı target qrup fərqli ola bilər. Məsələn, taksi sürücüləri hələ də radioya qulaq asır, demək radio reklamları aktiv olmalıdır, yaşca daha böyük evdar xanımlar hələ də televizora baxır, tıxaclarda gözləyən insanlar çöl reklamlarına diqqət edir (əgər telefonla məşğul deyilsə). Bu yazdıqlarıma baxmayaraq işıq gələn tərəf rəqəmsal dünyadır. ÜMumiyyətlə tək marketinqin yox, bütün sahələrin rəqəmsalı gələcəyin göstəricisidir. Yəqin ki, 1 il əvvəl siz də oxuyurdunuz ki, gələcəkdə yaranacaq texnologiyaların sayəsində bəzi peşələrə artıq ehtiyac olmayacaq - məsələn mühasibatlıq kimi. Əgər bizim bütün hərəkətlərimizi edə bilən robotlar yaranırsa, demək texnologiya hər şeyi bacara biləcək. 

Bu baxımdan rəqəmsalı seçib, onun dərinlərinə enmək edə bilinəcək ən yaxşı seçim və doğru addım olacaq.

 

Danışacağıq.

Yəqin ki, araşdıran zaman “rəqəmsal marketinq ağacı” görmüsünüz. Çünki rəqəmsal marketinq çox geniş sahədir və ona daxil olan digər sahələr də kifayət qədər geniş, hər gün inkişaf edən sahələrdir. 7 ən böyük sahəsi bunlardır:

  • Axtarıış motorları optimizasiyası (SEO)
  • Axtarış motorları marketinqi (SEM)
  • Məzmun marketinqi
  • Sosial media marketinqi (SMM)
  • PPC (Pay-per-click ad)
  • Affiliate marketinq
  • Email marketinq

Bu bölmələr sizə məhsul və xidmətinizin axtarış zamanı ilk sırada görünməsinə, sosial mediada olan 4.30 milyon insandan doğru insanların önünə çıxmağa, yaradacağınız məzmunlarla hamını heyran qoymağa və sizə rəğbətin artmasına və s. kömək edəcək. Bunları öyrənmək üçün xüsusi bacarıq tələb olunmur. Həm bu sahələrdə istifadə olunan alətləri, sahələrin özlərini öyrənə bilərsiniz. Amma sizin hər sahəyə xüsusi yanaşmanızın olması, daha dərin düşünə bilmək, müştərini anlaya bilmək xüsusi bacarıqdır və sizi 1 addım öndə edəcək. Bunu yaratmaq üçün isə rəqəmsal marketinqə, ənənəvi marketinqə aid ən yaxşı kitabları tapmalı və oxumalısınız, bloq yazıları oxumalısınız. Çünki müştəri sizin ona marketinq edəcəyinizi bilsə, nəsə satmağa çalışdığınızı anlasana, hətta ona lazım olsa belə o məhsulu almaya bilər. Amma sizin xüsusi yanaşmanız olsa, bunu bildirmədən müştərini cəlb edə biləcəksiniz. Unutmayın ki, müştəri çox həssasdır, onun hansı halda necə davranacağını hesablamaq çətindir. 

Bunlar sadəcə əsas bölmələrdir və bu bölmələrin daxilində də ayrıca öyrənilməsi lazım olan sahələr və incəliklər var. Rəqəmsal dünya düşündüyümüzdən daha tez inkişaf edir- oradakı 1 dəqiqə bizim dünyadakı 1 saniyədir. Ona görə də öyrənməyə nə qədər tez başlasaq, o qədər gecikməyəcəyik. 

Növbəti yazılarda rəqəmsal marketinqin sahələri, hazırkı trendlər haqqında danışacağıq.

Seom-da qalın