Facebook və Instagram yeniləndi…

Hər iki sosial şəbəkəyə yeni mesajlaşma yenilikləri gəldi…

 

Rəqəmsal olan hər şeyin əsas məqsədlərindən biri də onu maksimum formada insan hərəkətlərinə, xüsusiyyətlərinə yaxınlaşdırmaq və bəlkə də insanları əvəzləməkdir. Facebook və Instagramın mesajlaşmalarında (Messenger və Dm) olan yenilikləri insanların bir-biri ilə əlaqələrini daha yaxşı, effektiv ifadə edə bilməkdir.



Yeniliklər nələrdir?

 

  1. Çat arxivi

 

Artıq istifadəçilər messenger-də mesajlarını silmədən istənilən şəxslə çatı arxivləşdirə biləcəklər. Bu istifadəçilərə öz messengerini daha “səliqəli” saxlamağa imkan verəcək. Belə ki, artıq daxil olunmayan, danışdmadığınız şəxslərlə mesajlarınızı arxivləşdirə, eyni zamanda istədiyiniz zaman onlara yenidən baxa biləcəksiniz.

 

Bu yenilik hələki məndə yoxdur, bəlkə də artıq sizdə var.

facebook instagram yenilik




      2. Səsli mesajlar

 

Yox, yenilik səsli mesajlar deyil, messenger-də səsli mesaj göndərərkən səs düyməsini uzun müddət tutub saxlamamaqdır. Belə ki, əvvəl messenger-də səs göndərərkən düyməni tutub saxlayırdıq, indi isə bu funksiyanı “hands-free” istifadə etmək mümkündür. Bu funksiyanın yenilənməsinə səbəb isə Facebook tərəfindən ABŞ istifadəçiləri arasında səsli mesajlaşmada 20% artımın olmasıdır. Bu yeniliyin tezliklə In

 

Bu funksiya artıq çoxdan məndə var. Düşünürəm ki, yenilik kimi səslərin müddətinin çoxaldılması daha yaxşı olardı. Hazırda limit 60 saniyədir.

 

            3. Yeni mesaj dizaynları

 

Dizayn bütün sosial şəbəkələrin, rəqəmsal kanalların əsas hissəsi olmağa davam edir. İnsanların marağını, istifadə müddətini daha da artırmaq üçün istifadə edilən ən yaxşı vasitələrdən biri də müxtəlif mövzulu dizayn elementlərinin yaradılmasıdır. Məsələn, hazırda Facebook messenger-də müxtəlif mövzulu dizaynlar var ki, bunlar vasitəsilə istədiyiniz şəxslə mesajlaşma qutunuzu istədiyiniz dizaynda edə bilirsiniz. Funksiya artıq Instagram Dm-də də aktivdir.

 

Bu funksiya artıq məndə də var. Danışdığınız şəxslə mesaj qutusunun informasiya hissəsinə daxil olaraq, istədiyiniz mövzu üzrə dəyişdirə bilərsiniz. Məsələn, “Star Wars”, “Earth”, “Love” və s.

 

facebook və instagram dizayn



            4. Instagram Dm

 

Instagram Dm-ə yeni kiçik bir yeniliklə artıq siz mesaj yazdığınız şəxslə mesaj qutusuna daxil olmadan da onun mesajı nə vaxt gördüyünü görə bilərsiniz. Əvvəl bunun üçün qutuya daxil olaraq sürüşdürmək lazım idi. 

Bu funksiya artıq məndə var.

 

facebook instagram yenilik