E-mail marketinq nədir və ondan necə istifadə edək?

E-mail marketinq doğuldu…

Belə düşünürəm ki, əsas iki tip insan var. Maillərinə baxmağı sevən, hətta reklamlar hissəsinə də və mailini sadəcə haradansa qeydiyyatdan keçmək üçün istifadə edənlər. Əslində mailin gücünü iki tip insan da hələki tam qəbullana bilmir. Bunun səbəbidir ki, mail marketinqin öldüyünü iddia edən şəxslər də var. Biraz e-mailin tarixinə baxaq.

Ilk mail 1971 və ya 1978-ci ildə Ray Tomlinson tərəfindən göndərilib. Bu maildə xüsusi bir kod kimi görünən müxtəlif hərflər və rəqəmlər var idi. Tarixdə hər zaman yeniliklərə öz yaradıcılığını qataraq istifadə edən yenilikçi şəxslər olur. Bu ilk maili də mail marketinqə çevirən şəxs Gary Thuerk oldu. Digital Equipment Corp şirkətində marketinq meneceri olan bu şəxs 400 nəfərə öz şirkəti haqqında spam olaraq mesaj göndərdi. Sizcə nə baş verdi? Bu spam mesaj 13 milyon dollar satışla nəticələndi.

 

E-mail marketinqə spam kimi baxan insanlar da var və ondan ümumiyyətlə istifadə etmirlər. Amma sürətlə inkişaf edən gündəmdə, insanların məlumata, yaxşı endirimlərə, innovativ məhsullara ehtiyacını hiss edəndə anlamaq olur ki, elə ən yaxşı vasitə e-mail marketinqdir. Çünki siz birbaşa müştəri ilə əlaqədəsiniz, ona individual yanaşa bilirsiniz və bu detallar müştəri üzrə satış faizinə ciddi təsir edə bilər.



O sizin üçün ölüb, bizim üçün yaşayır!

Bəs görəsən e-mail marketinqdən niyə bu qədər uzaq dururlar? Buna səbəb düzgün formada hazırlanmayan e-mail marketinq kampaniyaları, müştəriləri ümumiləşdirərək qıcıqlanmalarına səbəb olmaq və buna oxşar digər səbəblərdir. Əlbəttə ki, əgər siz müştəri bazanıza ancaq nəyisə satmaq istəsəniz, bütün kampaniyalarınızı yalnız birbaşa satış üzərinə qursanız, uğur da sizdən qaçacaq. Bəs insanlara faydalı olmaq, onları əyləndirmək, sevindirmək, motivasiya etmək? Bunlar olmasa satış da olmayacaq. Yəni kampaniyalarınızın satış gətirməməsinin günahkarı məhsul ya xidməti almayan müştəri yox, müştərinin ürəyinə yol tapmayan sizsiniz, təəssüf ki. “Digital Marketing Academy” tərəfindən aparılan bir araşdırmada bildirilirdi ki, 2015-ci ildə e-mail marketinq üçün xərclənən hər 1 dollar üçün ortalam 38 dollar ROI (Return on investment- investisiya gəliri) var. 

 

Qonaq öz yerini bilsə, yaxşıdır…

Unutmayın, siz başqa bir insanın “inbox”unda qonaqsınız və heç hələ bilmirsiniz o sizi qəbul edəcək yoxsa yox. Elə e-mail marketinqin də ən çətin hissəsi burada başlayır. Mail göndərdiyiniz insanların mailinizi açmasını və oxumasını təmin etmək. Gəlin bunu təmin etmək üçün nələrə qarşı həssas, diqqətli olmaq lazım olduğumuza baxaq.

 

  • Mesajınızı maildə doğru çatdıra bildiyinizə əmin olun. Yazdığınız mailin mövzu hissəsi, giriş cümləsi, mailin özü, əlavə etdiyiniz fayllar, linklər- bunlar hər biri ideal formada hazırlanmalıdır. Mail alan şəxs axtardığı bütün suallara cavabı rahatlıqla tapa bilməlidir.
  • Mailinizin başlıq hissəsi sizi sevdirməlidir. Hazırda insanların komputerlərdən telefonlara keçdiyini və ail bildirişlərinin də telefonlara gəldiyini və əsasən orada açıldığını bildiririk. Telefonlara bildiriş gələrkən əvvəlcə mailin başlığı ilə rastlaşırıq. Bu başlıq elə olmalıdır ki, bildirişi görən şəxs maili də açsın. Onun mail qutusandakı maillər arasında fərqlənməlisiniz.
  • Mail göndərəcəyiniz şəxsə qarşı individual yanaşma sizin hədəfə çatmanızı sürətləndirəcək. İnsan psixologiyasına əsasən özümüz də görə bilərik ki, individual olaraq, adımıza göndərilmiş hər şey bizi daha xoşbəxt edir, elə maillər də belədir. İnsanlar öz adlarına mail aldıqları zaman və ya doğum günləri olduğu zaman mail aldıqları zaman özlərini xoşbəxt hiss edir. Növbəti dəfə ehtiyacını ödəmək üçün sizin şirkətin də daxil olduğu siyahıya baxan zaman ilk onu təbri edən şirkəti seçəcək. Hətta bu onun büdcəsinə uyğun olmasa belə. 
  • Mobildə də sizi oxuya bilsinlər. Yuxarıdakı bənddə də qeyd etdiyim kimi insanların mobilə köçü olduğu bir zamanda mobilə uyğunlaşmaq sizə üstünük gətirəcək. 
  • Son olaraq isə faydalı olun, daha sonra satmağa çalışın. Əks halda insanlar sizdən sıxılmağa və ümumiyyətlə maillərinizi görməzdən gəlməyə başlayın. Bu haqda da yuxarıda qeyd etdik.